Xəzər Xəbər

"Qarabağ"la müqavilə imzalamaq üçün Türkiyəyə gəlir müqavilə şərtləri

İdman | 16:54 • 20 Yanvar 2020
"Qarabağ"la müqavilə imzalamaq üçün Türkiyəyə gəlir

"Qarabağ" yeni transferini açıqlamağa hazırlaşır.

Ağdam klubu İspaniyanın "Leqanes" klubunun hücumçusu Kvabena Ovusunu transfer edib. O, icarə əsasında çıxış etdiyi "Kordoba"dan ayrılıb. Qanalı futbolçu Madriddən Türkiyəyə yollanacaq.

Ovusu Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ"a qoşulacaq. 22 yaşlı forvard 2,5 illik müqaviləyə qol çəkəcək. Ağdam klubunun 250-300 min avro təzminat ödəyəcəyi gözlənilir.

Ovusu yetirməsi olduğu Qananın "Akkra" klubundan "Leqanes"ə 2017-ci ildə keçib. Madrid klubu qanalı hücumçunu 4 dəfə icarəyə verib. 22 yaşlı futbolçu mövsümün ilk yarısını icarə əsasında "Kordoba"da keçirib və 16 oyunda 6 qol vurub.

Ovusu Qana yığmasına ötən ildən dəvət alır. O, millidə 3 oyun keçirib və 1 qol vurub.

Xəbər lenti