Xəzər Xəbər

Klopp "Liverpul"un qiymətini 5 dəfə artırdı

İdman | 12:35 • 19 Yanvar 2020
Klopp "Liverpul"un qiymətini 5 dəfə artırdı

"Liverpul”un heyətinin dəyəri məlum olub.

Mersisayd təmsilçisinin heyətinin dəyəri 2,15 milyard avrodur. Bu barədə "Forbes” nəşri məlumat yayıb.

Almaniyalı mütəxəssis Yurgen Klopp "Liverpul”a gəldiyi zaman – 2015-ci ildə komandanın heyətinin dəyəri 423 milyon avro idi. 5 ildə "Liverpul”un heyətinin dəyəri 500 faizdən çox artıb.

"Forbes” nəşri Mersisayd təmsilçisinin futbolçusu Endryu Robertsonun dəyərinin tez bir zamanda artmasını da misal göstərib. Belə ki, 25 yaşlı müdafiəçi 2017-ci ildə 9,4 milyon avro idisə, indi bu rəqəm 80 milyondur. "Liverpul” hazırda Premyer Liqada 61 xalla liderdir.

Xəbər lenti