Xəzər Xəbər

Özildən "Fənərbaxça" açıqlaması

İdman | 15:56 • 16 Yanvar 2020
Özildən "Fənərbaxça" açıqlaması

Premyer Liqa klubu "Arsenal"da forma geyinən Məsut Özil "Fənərbaxça"ya keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

XəzərXəbər xəbər verir ki, "beinsports"a açıqlama verən türk əsilli alman futbolçu gələcək durumu barədə indidən danışmaq istəmədiyini bildirib:

"Arsenal"da davam edən müqaviləmdən məmnunam. Gələcək barədə bir söz demək istəmirəm. İndi Türkiyədə oynayıb-oynamayacağımı heç kim deyə bilməz. Gələcək mövzusunda mən də həyəcanlıyam, ancaq nələr olacağını bilmirəm".

Xəbər lenti