Xəzər Xəbər

"Real" 55 milyon avroluq transferi razılaşdırdı

İdman | 13:46 • 16 Yanvar 2020
"Real" 55 milyon avroluq transferi razılaşdırdı

"Ayaks"ın yarımmüdafiəçisi Donni van de Bek karyerasını "Real"də davam etdirəcək.


Komanda şəxsi müqavilənin şərtini 22 yaşlı yarımmüdafiəçi ilə razılaşdırıb. "Real" cari mövsümün sonuna yaxın futbolçunun "Santyaqo Bernabeu”ya köçməsi haqqında Amsterdam klubu ilə şifahi razılığa nail olub. Transferin məbləği 55 milyon avro təşkil edəcək


Donni van de Bek "Ayaks”ın yetirməsidir. Cari mövsümdə Donni van de Bek Niderland çempionatının 16 matçında iştirak edib. O, bu matçlarda 6 qolu hesabına yazıb və 4 məhsuldar ötürmə verib.


Qeyd edək ki, "Real Madrid” Van de Beki ötən ilin yayında da transfer etmək istəsə də, "Ayaks” onu satmaqdan imtina edib.


Fanat.Az

Xəbər lenti