Xəzər Xəbər

Braziliyalı futbolçunun "Beşiktaş"a transferi baş tutmadı

İdman | 15:15 • 15 Yanvar 2020
Braziliyalı futbolçunun "Beşiktaş"a transferi baş tutmadı

"Yeni Malatyaspor"un yarımmüdafiəçisi Qilyerme Kosta Markesin"Beşiktaş"atransferi baş tutmayıb.

Bu barədə 28 yaşlı futbolçunun agenti Marselo Robalinyo məlumat verib: "Beşiktaş"la Türkiyə Futbol Federasiyasının qoyduğu limitə görə anlaşmadıq. Qilyerme "Yeni Malatyaspor"da oynamağa davam edəcək".

TFF-in qoyduğu limitə əsasən, "Beşiktaş"ın 2 milyon TL (350 min avro) transfer büdcəsi var.

Qilyerme müqavilə ilə İtaliyanın "Benevento" klubuna məxsusdur. O,mövsümün ilk yarısında 17 oyuna 5 qol vurub.

Xəbər lenti