Xəzər Xəbər

PSJ braziliyalı futbolçu ilə müqavilə imzaladı

İdman | 12:32 • 14 Yanvar 2020
PSJ braziliyalı futbolçu ilə müqavilə imzaladı

PSJ futbolçusu Markinyosla müqaviləni yeniləyib.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi ilə 2024-cü ilin iyununa qədər müqavilə imzalanıb.

Braziliya millisinin üzvü 2013-cü ildə "Roma"dan Paris təmsilçisinə keçib. Müdafiəçi bu mövsüm Liqa 1-də 16 oyuna 1 qol vurub.

Xəbər lenti