Xəzər Xəbər

Eriksen "İnter"lə razılığa gəldi

İdman | 12:27 • 14 Yanvar 2020
Eriksen "İnter"lə razılığa gəldi

Mövsümün sonunda "Tottenhem"lə müqaviləsi başa çatacaq Kristian Eriksen "İnter"lə anlaşıb.

Danimarkalı futbolçu Milan təmsilçisinin 4 illik müqavilə təklifinə müsbət yanaşıb. Onun illik maaşı 5,5 milyon avro olacaq. "İnter" bu keçid üçün 10 milyon avro təzminat ödəyəcək.

"Tottenhem" ötən yay Madrid "Real"ının danimarkalı oyunçu üçün göndərdiyi 120 milyon avroluq təklifiin rədd etmişdi.

Eriksen bu mövsüm 23 oyuna 3 qol vurub, 3 assist edib. 27 yaşlı yarımmüdafiəçi 2013-cü ildə "Ayaks"dan 13,5 milyon avro qarşılığında "Tottenhem"ə keçmişdi.

Xəbər lenti