Xəzər Xəbər

Luiz Suares 4 ay yaşıl meydanlardan kənarda qalacaq

İdman | 17:21 • 13 Yanvar 2020
Luiz Suares 4 ay yaşıl meydanlardan kənarda qalacaq

İspaniyanın "Barselona” futbol klubu ciddi itki ilə üzləşib.


Xezerxeber.az xəbər verir ki, komandanın əsas hücumçularından olan Luiz Suares dizindən əməliyyat olunub. Klubun rəsmi saytı 32 yaşlı uruqvaylı hücumçunun 4 ay meydana çıxa bilməyəcəyini açıqlayıb.


L.Suares ötən mövsümün sonunda da dizindən əməliyyat olunub.


Qeyd edək ki, uruqvaylı hücumçu cari mövsümdə Kataloniya klubunun heyətində keçirdiyi 23 matçda 14 qol vurub və 11 məhsuldar ötürmə edib.

Xəbər lenti