Xəzər Xəbər

Xavi "Barselona"nı çalışdırmaqdan niyə imtina etdi? SƏBƏB

İdman | 15:19 • 13 Yanvar 2020
Xavi "Barselona"nı çalışdırmaqdan niyə imtina etdi?

İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Xavi Ernandesin komandada işləməkdən imtina etməsinin səbəbi bəlli olub.

40 yaşlı mütəxəssisin Kataloniya təmsilçisində öz layihəsini sıfırdan qurmaq istəyib.

İspan məşqçi, həmçinin, komandanı mövsümün əvvəlindən çalışdırmaq niyyətində olduğunu bildirib.

"Barselona"nın təklifini qəbul etməməsində hazırda baş məşqçisi olduğuQətərin "Əl-Sədd" klubunda titul qazanmaq istəyinin də böyük rol oynadığı müəyyən edilib.

Qeyd edək ki, 19 turdan sonra "Barselona" 40 xalla turnir cədvəlinə başçılıq edir. Katalon klubu eyni xala malik "Real"ı top fərqinə görə qabaqlayır.

Xəbər lenti