Xəzər Xəbər

"Tottenhem" "Flamenqo"nun yarımmüdafiəçisinə elçi düşüb

İdman | 13:43 • 13 Yanvar 2020
"Tottenhem" "Flamenqo"nun yarımmüdafiəçisinə elçi düşüb

"Flamenqo”nun yarımmüdafiəçisi Jerson Santos karyerasını İngiltərədə davam etdirməyə yaxındı.

"O Globo” xəbər verir ki, "Tottenhem” 22 yaşlı futbolçunu rənglərinə bağlamaq istəyir. Braziliyanın elita klubu isə Santosu 30 milyon avrodan ucuz satmaq niyyətində deyil.

Orta xətt oyunçusu daha öncə Avropada iki İtaliya təmsilçisində - "Roma” və "Fiorentina”da top qovub.

Fanat.Az

Xəbər lenti