Xəzər Xəbər

Aquerodan rekord - Premyer Liqanın tarixinə düşdü

İdman | 12:27 • 13 Yanvar 2020
Aquerodan rekord -

"Mançester Siti"nin futbolçusu Serxio Aquero İngiltərə Premyer Liqasının tarixinə düşüb.

32 yaşlı hücumçuçempionatın 22-ci turunda "Aston Villa"ya qalib gəldikləri matçda (6:1)het-trik etməklə rekord göstəriciyə nail olub. Argentinalı forvard Premyer Liqada 12-ci dəfə het-trik edib. O,bu göstəricidə "Nyukasl"ın sabiq ingilis hücumçusu Alan Şireri(11) geridə qoyub.

Aquero 2011-ci ildən "şəhərlilər"də çıxış edir.

Xəbər lenti