Xəzər Xəbər

"Yuventus"da Merih Demiral şoku: "Zədəsi ciddi ola bilər"

İdman | 12:22 • 13 Yanvar 2020
"Yuventus"da Merih Demiral şoku:

İtaliya A Seriyasının 19-cu turunda "Roma"ya səfərdə 2:1 hesabı ilə qalib gələn "Yuventus" ciddi itki ilə üzləşib.

Komandanın ilk qolunu vuran türkiyəli müdafiəçi 16-cı dəqiqədə zədələndi. Matçdan sonra Turin klubunun baş məşqçisi Maurisio Sarri 21 yaşlı futbolçunun son vəziyyəti barədə danışıb:

"Merihdə burxulma var. Buna tibbi müayinədən sonra tam aydınlıq gələcək. İlk düşüncələrimə görə, zədəsi ciddi ola bilər".

Xəbər lenti