Xəzər Xəbər

“Qalatasaray”ın ulduzu malyariyaya yoluxdu

İdman | 17:31 • 12 Yanvar 2020
“Qalatasaray”ın ulduzu malyariyaya yoluxdu

"Qalatasarayı"n bir neçə gün əvvəl "Monako"dan icarəyə götürdüyü Henri Onyekuru malyariyaya yoluxub.


XəzərXəbər klubun rəsmi saytına istinadən xəbər verir ki, hadisə Nigeriyada baş verib.


"Müəyyənləşib ki, bizim komandamızın oyunçusu Henri Onyekuru müqaviləmizdən əvvəl məzuniyyətə getdiyi Nigeriyada – öz vətənində malyariya virusuna yoluxub. Futbolçunun sağlamlıq vəziyyətinin tibbi müayinəsi vaxtı xəstəliyin əlamətlərini göstərən heç bir əlamət aşkar edilməmişdi. Oyunçu özü bir gün əvvəl müşahidə edilən yüksək temperaturun səbəbini aşkar etmək üçün müayinədən keçməkdə təkid edib. Müalicə beynəlxalq protokollar, həm də Səhiyyə Nаzirliyi tərəfindən göstəriş verilmiş protokollarla yüksək diqqət altında aparılır. İctimaiyyətə müalicə prosesinin gedişi və oyunçumuzun sağlamlıq vəziyyəti haqqında məlumat veriləcək", deyə "Qalatasaray"ın açıqlamasında bildirilir.


Fanat.Az

Xəbər lenti