Xəzər Xəbər

Beynəlxalq Olimpiya Komitəsinə yeni üzvlər seçilib

İdman | 16:10 • 11 Yanvar 2020
Beynəlxalq Olimpiya Komitəsinə yeni üzvlər seçilib

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Lozannada keçirilən 135-ci sessiyasında quruma yeni üzvlərin qəbul edilməsi təsdiqlənib.


Xezerxeber.az xəbər verir ki, bununla da təşkilatın üzvlərinin sayı 101 nəfərə çatıb.


Yeni üzvləri təbrik edən BOK-un prezidenti Tomas Bax deyib: "İnanıram ki, təşkilatımız təcrübəli həmkarlarımızın faydalı məsləhət və tövsiyələrindən yararlana biləcək”.


Qeyd edək ki, BOK-un yeni üzvləri Yaponiya Olimpiya Komitəsinin prezidenti Yasuxiro Yamaşita, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının prezidenti (FİFA) Canni İnfantino və Beynəlxalq Tennis Federasiyasının prezidenti Devid Haqqertidir.

Xəbər lenti