Xəzər Xəbər

Cenk Tosun "Everton"dan rəsmən ayrıldı yeni klubu bəllidir

İdman | 16:58 • 10 Yanvar 2020
Cenk Tosun "Everton"dan rəsmən ayrıldı

Türkiyə millisinin hücumçusu Cenk Tosun klubunu dəyişir.

"NTV Spor” xəbər verir ki, müqavilə ilə "Everton”a məxsus olan 28 yaşlı futbolçu hazırda Premyer Liqanın digər təmsilçisi "Kristal Pelas”da tibbi baxışdan keçir. Baxış zamanı problem çıxmasa, Cenk mövsümün sonuna qədər icarə qaydasında həmin komandada oynayacaq.

Qeyd edək ki, cari mövsüm "Everton”da 8 matça çıxan Cenk Tosun 1 qol vurub.

Xəbər lenti

Çox oxunanlar