Xəzər Xəbər

Əmrə Mor aşağı liqa klubunun hədəfində

İdman | 16:26 • 10 Yanvar 2020
Əmrə Mor aşağı liqa klubunun hədəfində

"Qalatasaray"daçıxış edən Əmrə Mor İngiltərənin"Brentford" klubunun transfer hədəfindədir.

"Sky Sports" xəbər verir ki, Çempionşip təmsilçisi 22 yaşlı vingeri heyətinə qatmaq üçün müqavilə ilə məxsus olduğu "Selta" ilə danışığa başlayıb.

Türkiyə millisinin üzvü "sarı-qırmızılar"da keçirdiyi 16 oyunda qol və assistlə yadda qalmayıb. Klub rəhbərliyi gənc oyunçunun müqaviləsini ləğv edib, Viqo təmsilçisinə qaytarmaq fikrindədir. Bu səbəbdən də onun İngiltərə klubuna keçidi mümkündür.

"Qalatasaray" Əmrə Moru yayda 600 min avro qarşlığında 1 illik icarəyə götürmüşdü.

Xəbər lenti