Xəzər Xəbər

Milan klubları futbolçularını dəyişir

İdman | 15:56 • 10 Yanvar 2020
Milan klubları futbolçularını dəyişir

İtaliyanın "Milan" və "İnter" klubları futbolçuları - Frank Kessi ilə Matteo Politanonu dəyişməyə hazırlaşır.

"La Gazetta dello Sport" xəbər verir ki, "İnter"in baş məşqçisi Antonio Konte bir müddətdir ki, Frank Kessini sərəncamında görmək istəyir. "Göy-qaralar" Fildişi sahili millisinin üzvü üçün Matteo Politanonu qarşı tərəfə verəcək.

Kessi bu mövsüm "Milan"da 15 oyuna 1 qol vurub. 23 yaşlı yarımmüdafiəçi 2017-ci ildən "qırmızı-qaralar"da çıxış edir.

Politano carimövsüm 16 oyun keçirib. 26 yaşlı vinger 2018-ci ildən "İnter"də çıxış edir.

Xəbər lenti

Çox oxunanlar