Xəzər Xəbər

Asmir Beqoviç "Bornmut"a qayıtdı

İdman | 15:50 • 10 Yanvar 2020
Asmir Beqoviç "Bornmut"a qayıtdı

Asmir Beqoviç "Qarabağ"dan ayrıldıqdan sonra müqavilə ilə məxsus olduğu "Bornmut"a qayıdıb.

Bosniyalı qapıçı İngiltərə Premyer Liqasında mübarizə aparan komandaya qoşulub. O, "gilaslar"ın bu gün baş tutan məşqində iştirak edib.

32 yaşlı qolkiperin "Bornmut"dakı gələcəyi qeyri-müəyyən olaraq qalır. Baş məşqçi Eddi Hounun planlarında yer almayan qapıçının klubdan ayrılacağı iddiaedilir.

Təcrübəli qolkiper Ağdam klubunda 17oyun keçirib və 16qol buraxıb.

Xəbər lenti