Xəzər Xəbər

"Beşiktaş" əfsanəvi futbolçunu geri qaytarır Prezident açıqladı

İdman | 14:01 • 10 Yanvar 2020
"Beşiktaş" əfsanəvi futbolçunu geri qaytarır

İstanbul təmsilçisi "Beşiktaş” İngiltərənin "Everton” klubuna satdığı hücumçu Cenk Tosunla yenidən maraqlanır.

XəzərXəbər xəbər verir ki, bu barədə klubun prezidenti Ahmet Nur Çebi mətbuat konfransında danışıb.

Prezident bildirib ki, Türkiyə Futbol Federasiyası ləng hərəkət etdiyi üçün futbolçuya dəqiq təklif göndərə bilmirlər. Amma onu transfer etmək niyyətindədirlər.

Çebi onu da qeyd edib ki, Tosun başqa komandaya getsə, "Beşiktaş” buna çox üzüləcək.

Qeyd edək ki, 28 yaşlı Cenk Tosun Türkiyədən xaricə satılmış ən bahalı futbolçudur (22 milyon TL). O, 2018-ci ildə qatıldığı "Everton”dakı ilk çıxışlarında yaxşı oyun nümayiş etdirsə də, son zamanlar forma şansı az tapdığından gözləntiləri doğrultmayıb. Buna görə də İngiltərə təmsilçisi onu satmaq niyyətindədir.

Xəbər lenti