Xəzər Xəbər

İspaniya Superkubokunun ikinci finalçısı müəyyənləşib

İdman | 08:50 • 10 Yanvar 2020
İspaniya Superkubokunun ikinci finalçısı müəyyənləşib

Yanvarın 9-da İspaniya Superkubokunun ikinci yarımfinal oyunu keçirilib.


Xezerxeber.az xəbər verir ki, ikinci oyunda "Barselona” "Atletik Madrid” komandası ilə üz-üzə gəlib.


"Kinq Abdullah Sports City” stadionunda keçirilən görüşdə Madrid təmsilçisi 3:2 hesab ilə qələbə qazanıb.


Oyunda hər beş qol ikinci hissədə vurulub.


Görüşün 46-cı dəqiqəsində Koke "Atletiko”nu hesabda önə keçirib - 0:1. Qoldan beş dəqiqə sonra Lionel Messi hesabı bərabərləşdirib - 1:1. Matçın 62-ci dəqiqəsində Antuan Qrizman köhnə komandasının qapısına yol taparaq "Barselona”nı hesabda irəli çıxardıb - 2:1.


Qarşılaşmanın 81-ci və 86-cı dəqiqələrində Madrid təmsilçisi ardıcıl iki qol vuraraq İspaniya Superkubokunun finalına yüksəlib. Alvari Moratta və Anxel Korea komandaların vacib qolların vurublar.


Madridlilər finalda "Real Madrid” klubu ilə qarşılaşacaq.


"Real Madrid” yanvarın 8-də "Valensiya” klubunu 3:1 hesabı ilə məğlub edərək finala yüksəlmişdi.


Qeyd edək ki, İspaniya Superkuboku Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilir.


Turnirin final görüşü yanvarın 12-də reallaşacaq. Həlledici görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xəbər lenti