Xəzər Xəbər

"Fənərbaxça" yeni transferini açıqladı

İdman | 14:06 • 9 Yanvar 2020
"Fənərbaxça" yeni transferini açıqladı

"Fənərbaxça" Almaniyanın "Ayntraxt" klubunun müdafiəçisi Simon Faleti heyətinə cəlb edib.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, qvineyalı futbolçu İstanbul klubunda icarə əsasında çıxış edəcək. "Sarı-lacıvərdlilər" 27 yaşlı stopperi mövsüm sonuna qədər icarəyə götürüb.

Qvineya millisində 8 oyun keçirmiş futbolçu 2017-ci ildə "Mets"dən Frankfurt klubuna keçib.

Xəbər lenti