Xəzər Xəbər

Dortmundu Berlinə dəyişir

İdman | 14:15 • 8 Yanvar 2020
Dortmundu Berlinə dəyişir

Mövsümün sonunda Dortmund "Borussiya"sı ilə müqaviləsi başa çatacaq Mario Qötse komandadan ayrılmağa qərar verib.

"Bild" xəbər verir ki, klub alman futbolçunun maaşını 30 faiz azaldaraq, ona yeni saziş təklif etsə də, Qötse bununla razılaşmayıb.

Məlumata görə,27 yaşlı yarımmüdafiəçi Yurgen Klinssmanın çalışıdırdığı "Herta"ya keçəcək. O, mövsümün sonunda Berlin təmsilçisi iləazad agent statusu ilə müqavilə imzalayacaq.

Qötse bu mövsüm 16 oyuna 3 qol vurub, 1 assist edib.


Xəbər lenti