Xəzər Xəbər

"İnter"dən Eriksen açıqlaması

İdman | 14:06 • 8 Yanvar 2020
"İnter"dən Eriksen açıqlaması

"İnter"in direktoru Beppe Moratta "Tottenhem"dən Kristian Erikseni transfer edəcəkləri barədə yayılan iddialara münasibət bildirib.

Klub rəsmisi bu transfer üçün təklif göndərmədiklərini deyib:

"Eriksen mükəmməl futbolçudur və müqaviləsi bitmək üzrədir. Hesab edirəm ki, onu bir çox klub istəyir. Danışıqlara başladığımızı deməyim mümkün deyil, amma o, möhtəşəm oyunçudur".

Danimarkalı futbolçu ilə "Real, PSJ və "Mançester Yunayted" də maraqlanır. 27 yaşlı yarımmüdafiəçinin müqaviləsi mövsümün sonunda bitir.

Eriksen bu mövsüm 23 oyuna 3 qol vurub, 3 assist edib.

Xəbər lenti