Xəzər Xəbər

AFFA-nın yeni Nizamnaməsi qəbul olunub

İdman | 11:39 • 8 Yanvar 2020
AFFA-nın yeni Nizamnaməsi qəbul olunub

Bakıda AFFA-nın növbədənkənar konfransı keçirilib.

Xezerxeber.az xəbər verir ki, iclasın gündəliyində 2 məsələ yer alıb. Toplantı iştirakçıları AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərə baxıb, eləcə də digər məsələləri müzakirə ediblər. Konfransda 35 nümayəndədən 33-ü iştirak edib. Yeni Nizamnamə yekdilliklə qəbul olunub.

AFFA-nın prezidenti Rövnəq Abdullayev 10 ildir Nizamnamədə dəyişikliklərin edilmədiyini bildirib O, yeni Nizamnamənin FIFA və UEFA-nın tələblərinə uyğunlaşdırıldığını bildirib.

Daha sonra AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Xəbər lenti