Xəzər Xəbər

Qvardiola 2 klubu çalışdırmayacaq "Heç vaxt!"

İdman | 18:31 • 7 Yanvar 2020
Qvardiola 2 klubu çalışdırmayacaq

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola əzəli rəqib"Mançester Yunayted" barədə maraqlı açıqlama verib.

Ser Aleks Ferqyusonun 2013-cü ildə "Mançester Yunayted"lə yolları ayrımasından sonra adı bu komanda ilə çəkilən Qvardiola həmin vaxt "Bavariya"ya keçmişdi.

Qvardiola "Mançester Siti"dəki vəziyyətlə əlaqədar olaraq "qırmızı şeytanlar"dan təklif alsa belə, qəbul etməyəcəyini bildirib.

"Mançester Yunayted"dən başqa klubdan təklif gəlməsə Maldiv adalarında istirahətdə olardım. Bəlkə də, Maldiv olmazdı, orda qolf üçün ərazi yoxdur. Ancaq "Siti"dəki məşqçilikdən sonra, "Real Madrid" kimi "Mançester Yunayted"i də heç vaxt çalışdırmaram".

Qeyd edək ki, 2012-ci ildə "Barselona"dan ayrıldıqdan sonra Nyu-Yorkda "Mançester Yunayted"ə gəlmək təklifi ilə bağlı Ser Aleks Ferqyusonla görüşmüşdü. İsveçli mütəxəssisin bir müddət klubda qalmaq isəməsi Qvardiolanın müsbət cavabına mane olmuşdu.

Xəbər lenti