Xəzər Xəbər

"Qalatasaray"da Arda Turan dəftəri yenidən AÇILDI

İdman | 18:22 • 7 Yanvar 2020
"Qalatasaray"da Arda Turan dəftəri

"Qalatasaray"da Arda Turan transferi hələ də gündəmdədir.

Türkiyə mətbuatı xəbər verir ki, klub rəhbəri Mustafa Cengiz ilə baş məşqçi Fatih Terim fərqli düşündükləri transfer məsələsi ilə bağlı hələ ki, son söz deməyiblər.

Belə ki, heyəti gəncləşdirmək istəyən Mustafa Cengiz Arda Turanın "Qalatasaray"dakı fəaliyyətinə son qoymaq istəyir. O, "Arda gündəmimizdə deyil" açıqlamasını vermişdi. Fatih Terim isə Arda Turan məsələsini "Klub rəhbərinin yerində olsam, Arda üçün o cümləni işlətməzdim" deyə yenidən gündəmə gətirib.

Qeyd edək ki, Terim transferi təsdiq edərsə, Mustafa Cengiz qərarını dəyişə bilər.

Xəbər lenti