Xəzər Xəbər

"Barselona"nın Vidal qərarı açıqlandı

İdman | 17:42 • 7 Yanvar 2020
"Barselona"nın Vidal qərarı açıqlandı

"Barselona" qış transfer pəncərəsində Arturo Vidalı satmamaq qərarına gəlib.


"Diario Sport" xəbər verir ki, baş məşqçi Ernesto Valverde azından yaya kimi Vidalın komandada qalmasını istəyir. İspan mütəxəssis artıq yarımmüdafiəçi ilə danışıb və mövsümün ikinci yarısında ona daha çox şans verəcəyini bildirib.


Daha əvvəl Vidalın "İnter"lə anlaşdığına dair xəbərlər yayılmışdı. Xüsusilə də "neradzurrilər"in baş məşqçisi Antonio Kontenin çilili oyunçunun xidmətində maraqlı olduğu bildirilir.


Cari mövsümdə La Liqada 15 matçda meydana çıxan Vidalın aktivində 6 qol var.


Fanat.Az

Xəbər lenti