Xəzər Xəbər

"Böyük beşliy"in "zərgər"i yenə belçikalıdı

İdman | 17:37 • 7 Yanvar 2020
"Böyük beşliy"in "zərgər"i yenə belçikalıdı

"Böyük beşlik" ölkələrinin 2019/20 mövsümündə ən çox qol ötürməsi edən futbolçularının siyahısı bəllidi.

UEFA məhsuldar ötürmə baxımından seçilən oyunçuların siyahısını açıqlayıb.

Cədvəldə ən azı 7 qol ötürməsi verənlər yer alıb. Bunu isə 14 futbolçu bacarıb. İlk sırada "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bruyne qərarlaşıb. Belçikalının aktivində 12 məhsuldar ötürmə var. O, 2017-18 mövsümündə 16 assistlə "böyük beşlik”də birinci yeri tutmuşdu.

"Latsio"lu Luis Alberto və "Bavariya"lı Tomas Müller hərəyə 11 assistlə ikinciliyi bölüşür. Növbəti sırada Dortmund "Borussiya"sının gənc oyunçusu Ceydon Sanço yer alır. Siyahı belədi:

1. Kevin de Bruyne ("Mançester Siti") – 12

2-3. Luis Alberto ("Latsio") – 11

Tomas Müller ("Bavariya") - 11

4. Ceydon Sanço ("Borussiya", Dortmund) – 9

5-7. Trent Aleksander-Arnold ("Liverpul") - 8

İslam Slimani ("Monako") – 8

Anxel di Mariya (PSJ) - 8

8-14. Kristofer Nkunku ("Leypsiq") - 7

Deyan Kuluşevski ("Parma") - 7

Emiliano Buendia ("Norviç") – 7

Luis Suares ("Barselona") – 7

Hun-Min Son ("Tottehhem") – 7

Torqan Azar ("Borussiya", Dortmund) – 7

Yoann Kurt ("Brest") - 7

Xatırladaq ki, ötən "futbol ili”ndə digər belçikalı Eden Azar "Çelsi"nin heyətində 15 qol pası ilə mövsümün "zərgər"i olmuşdu.

Fanat.Az

Xəbər lenti