Xəzər Xəbər

"Real"dan 80 milyon avroluq transfer

İdman | 17:27 • 7 Yanvar 2020
"Real"dan 80 milyon avroluq transfer

"Real" "Leypsiq"in hücumçusu Timo Verneri transfer etmək istəyir.


İspaniyanın "El Desmarque” nəşri xəbər verir ki, "Kral Klubu" Almaniya təmsilçisinə 80 milyon avro təklif edir. "Real"ın məqsədi 23 yaşlı hücumçunu yayda heyətinə qatmaq niyyətindədi.


Qeyd edək ki, Verner "Leypsiq"ə 2016-cı ilin yayında "Ştutqart"dan 14 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 75 milyon avro qiymət qoyub. 23 yaşlı futbolçu cari mövsümdə 25 rəsmi matça çıxaraq 23 qol vurub və 10 məhsuldar ötürmə edib. O, Bundesliqada 18 qola imza atıb və 19 qolla bombardirlər yarışına başçılıq edən "Bavariya"nın ulduzu Robert Levandovskidən sonra ikinci ən sərrast futbolçudu.


Fanat.Az

Xəbər lenti