Xəzər Xəbər

Daniele De Rossi karyerasını bitirdi

İdman | 16:41 • 7 Yanvar 2020
Daniele De Rossi karyerasını bitirdi

"Roma"nın əfsanəvi futbolçusu Daniele de Rossi futbolçu karyerasını başa vurub.

Argentinanın "Boka Xuniors" klubunda çıxış edən italyan yarımmüdafiəçi 36 yaşında butslarını mıxdan asmağa qərar verib.

De Rossi 2001-2019-cu illərdə "Roma"nın uğurları üçün çalışıb.İtaliyalı futbolçu "canavarlar"da 615 oyun keçirib və bu klub tarixində ikinci ən yaxşı göstəricidir.

Təcrübəli futbolçu 2007 və 2008-ci illərdə "Roma" ilə İtaliya kubokunu qazanıb. O, 2007-ci ildə İtaliya Super kubokunun da qalibi olub. De Rossi 2006-cı ildə İtaliya millisi ilə dünya çempionu olub.

Xəbər lenti