Xəzər Xəbər

"Qalatasaray" Babellə yolları ayırır

İdman | 15:55 • 7 Yanvar 2020
"Qalatasaray" Babellə yolları ayırır

"Qalatasaray" niderlandlı futbolçusu Rayan Babellə yolları ayırmaq üzrədir.

33 yaşlı vingerin agenti İstanbul təmsilçisinin rəsmilərinə başqa klubla anlaşdıqlarını bildirib. Komandanın baş məşqçisi Fatih Terim Niderland millisinin üzvünün komandadan ayrılmasının tərəfdarıdır.

Təcrübəli futbolçu yayda "Fulhem"dən "Qalatasaray"a azad agent statusu ilə keçib. Babel bu mövsüm 15 oyuna 5 qol vurub, 1 assist edib.

Xəbər lenti