Xəzər Xəbər

"Qalatasaray" Almaniya klubunun futbolçusunu icarəyə götürdü

İdman | 14:43 • 7 Yanvar 2020
"Qalatasaray" Almaniya klubunun futbolçusunu icarəyə götürdü

"Qalatasaray" "Leyptsiq"in sol cinah müdafiəçisi Marselo Saraççini heyətinə qatıb.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 21 yaşlı futbolçunu 1,5 illik icarəyə götürüb. "Sarı-qırmızılar" bu keçid üçün 500 min avro təzminat ödəyib. Futbolçu bu müddət ərzində 2,5 milyon avro maaş alacaq.

"Leyptsiq" uruqvaylı futbolçunu 2018-ci ildə "River Pleyt"dən 12 milyon avroya transfer etmişdi.

Xəbər lenti