Xəzər Xəbər

"Brügge" seneqallını "Qalatasaray"a qaytardı

İdman | 18:31 • 6 Yanvar 2020
"Brügge" seneqallını "Qalatasaray"a qaytardı

"Brügge" yayda "Qalatasaray"dan icarəyə götürdüyü Mbayei Dianı vaxtından əvvəl göndərməyə qərar verib.

Qətərdə toplanışda olan Belçika təmsilçisinin baş məşqçisi Filippe Klemen seneqallı futbolçunun yerinə yeni hücumçu alacaqlarını deyib.

Mbaye Dian müqavilə ilə məxsus olduğu "Qalatasaray"a dönəcək. İstanbul təmsilçisi 28 yaşlı hücumçunu yenidən icarəyə verəcək.

Xəbər lenti