Xəzər Xəbər

Ben Arfa Sequnda klubuna keçir

İdman | 17:08 • 6 Yanvar 2020
Ben Arfa Sequnda klubuna keçir

Ötən mövsüm "Renn"dən ayrılandan sonra klubsuz qalan Hatem Ben Arfa karyerasını İspaniyada davam etdirə bilər.

32 yaşlı yarımmüdafiəçi "Almeriya"ya keçə bilər. Sequnda təmsilçisi təcrübəli futbolçu ilə danışıq aparır. Qutinin baş məşqçisi olduğu klub Ben Arfa ilə müqavilə imzalamağa yaxındır.

"Almeriya" çempionatda 22 turdan sonra topladığı 39 xalla 2-ci sırada qərarlaşıb.

Fransa millisinin sabiq üzvü ötən mövsüm "Renn"də 41 oyuna 9 qol vurub, 6 assist edib.

Yaydan klubsuz qalan təcrübəli futbolçu bunun səbəbini belə izah etmişdi: "Təkliflərdən heç biri diqqətimi çəkmədi. Bir qadının həyəcanlanmadığı kimi. Əgər sizi həyəcanlandırmırsa, əhəmiyyət verməyin".

Ben Arfa "Lion", "Marsel", "Nyukasl", "Hall Siti", "Nitsa", PSJ kimi klublarda çıxış edib.

Xəbər lenti