Xəzər Xəbər

“Qızıl Qlobus”un yeni qalibləri müəyyənləşdi

İdman | 11:48 • 6 Yanvar 2020
“Qızıl Qlobus”un yeni qalibləri müəyyənləşdi

ABŞ-da "Qızıl Qlobus” mükafatının 77-ci təqdimat mərasimi keçirilib.


TASS məlumat verir ki, Hollivud Xarici Mətbuat Assosiasiyası "1917” filmini ilin ən yaxşı dram filmi seçib. Sem Mendez sözügedən filmə görə ən yaxşı rejissor nominasiyasının qalibi olub.


Ən yaxşı dram aktyoru adına "Coker” filminə görə Hoakin Feniks layiq görülüb.


Ən yaxşı aktrisa mükafatı "Cudi” filminə görə Rene Zellvegerə təqdim olunub.


"Bir vaxtlar Hollivudda” ən çox mükafat qazanan film sırasına daxil olub. Belə ki, ən yaxşı ssenari, ikinci planda ən yaxşı kişi rolunun ifası və ən yaxşı komediya/myuzikl mükafatları məhz bu filmə təqdim olunub.


"Çernobıl” ilin ən yaxşı mini-serialı mükafatına layiq görülüb.

Xəbər lenti