Xəzər Xəbər

“Yuventus” daha bir futbolçunu Qətərə satır

İdman | 10:55 • 6 Yanvar 2020
“Yuventus” daha bir futbolçunu Qətərə satır

İtaliyanın "Yuventus” klubu daha bir futbolçusunu Qətər təmsilçisi "Əl-Duhail”ə satmaq niyyətindədir.


Müqavilə ilə "Kalyari”yə məxsus olan Xan Kvan Sonu Asiya təmsilçisinə transfer olunmağa yaxındır.


A seriyasında qol vuran ilk KXDR futbolçusu kimi tarixə düşən Son artıq Qətər klubunda tibbi müayinədən də keçib. Onun transferinin reallaşması üçün "Yuventus” asiyalını "Kalyari”dən almalı, sonra qətərlilərə satmalıdır.


Qeyd edək ki, Son "Yuventus”un əsas komandasında debüt etməyib.

Xəbər lenti