Xəzər Xəbər

İbrahimoviçin təqdimat mərasiminin vaxtı müəyyənləşdi

İdman | 14:23 • 31 Dekabr 2019
İbrahimoviçin təqdimat mərasiminin vaxtı müəyyənləşdi

"Milan"a qayıdan Zlatan İbrahimoviçin təqdimat mərasiminin vaxtı açıqlanıb.

"Qırmızı-qaralar" yanvarın 3-ü isveçli forvardı ictimaiyyətə təqdim edəcək.

38 yaşlı forvard sabiq klubu ilə 6 aylıq müqavilə imzalayıb. Razılaşmada müqavilənin daha 1 il uzadılması bəndi var.

İbrahimoviç 2010-2012-ci illərdə "Milan"da oynayıb və A seriyasının çempionu olub.

Xəbər lenti