Xəzər Xəbər

Kuarejma Braziliya klubuna keçə bilər

İdman | 16:23 • 30 Dekabr 2019
Kuarejma Braziliya klubuna keçə bilər

Portuqaliya millisinin üzvü Rikardo Kuarejma Türkiyənin "Kasımpaşa" klubundan ayrıla bilər.

"A Bola" xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi ilə Braziliyanın "Santos" klubu maraqlanır. Komandanın baş məşqçisi Xesualdo Ferreyra "Portu"da rəhbərliyi altında oynamış təcrübəli oyunçunun transferini rəhbərlikdən istəyib. "Kasımpaşa"nın Kuarejmanın getmək istəməsinə problem yaratmayacağı qeyd edilib.

Kuarejma yayda "Beşiktaş"dan "Kasımpaşa"ya keçib.

Xəbər lenti

Çox oxunanlar