Xəzər Xəbər

Prosineçki Super Liqa klubu ilə anlaşdı

İdman | 14:05 • 30 Dekabr 2019
Prosineçki Super Liqa klubu ilə anlaşdı

Bosniya və Herseqovina yığmasından ayrılanRobert ProsineçkiTürkiyədə çalışacaq.

"Futbol Arena" xəbər verir ki, xorvatiyalı mütəxəssis "Kayserispor”la razılaşıb. Xorvatiyalı mütəxəssisin yaxın günlərdə Türkiyəyə gələcəyi bildirilir.

Prosineçki 2012-2013-cü illərdə də "Kayserispor"un baş məşqçisi olub.

50 yaşlı mütəxəssis 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb. OnunNikola Yurçeviçin gedişindən sonra yığmaya qayıdacağı gözlənilirdi.

Xəbər lenti

Çox oxunanlar