Xəzər Xəbər

Vidal 6 milyon qazanacaq

İdman | 12:02 • 30 Dekabr 2019
Vidal 6 milyon qazanacaq

"İnter” "Barselona”nın 32 yaşlı çilili futbolçusu Artura Vidalla müqaviləni razılaşdırıb.

Onunla 2022-ci ilin yayına kimi müqavilə bağlanacaq. Klublar arasında da maddi məsələdə tam razılıq əldə ediləndən sonra Vidal "İnter”in oyunçusu olacaq. Qışda İtaliya klubuna keçəcək futbolçu bu mövsümün sonuna kimi 4,5 milyon, sonrakı hər il üçün isə 6 milyon avro qazanacaq.

Qeyd edək ki, "Barselona” bu transferə görə 20 milyon avro təzminat istəyir. "İnter” isə Vidalı sonradan birdəfəlik almaqla 12 milyon avro təklif edir.

Xəbər lenti