Xəzər Xəbər

Vidal "Barselona"nı məhkəməyə verdi

İdman | 11:01 • 29 Dekabr 2019
Vidal "Barselona"nı məhkəməyə verdi

"Barselona"nın futbolçusu Arturo Vidal klubu məhkəməyə verib.

32 yaşlı oyunçu Kataloniya təmsilçisini müqavilədəki bəzi detallara görə bonusu ödəməməkdə iddiham edir. Yarımmüdafiəçi "Barselona"dan 2 milyon 400 min avro tələb edir.

Sözləşməyə görə futbolçu ötən mövsüm matçların 60 faizində 45 dəqiqə meydanda olsaydı, 2 milyon avroya yaxın mükafat alacaqdı. Ancaq Vidal bu qarşılaşmaların yarısında oynayıb. Buna görə də "Barselona" futbolçuya heç bir borcunun olmadığını bildirib. Lakin oyunçunun vəkilləri klub rəhbərliyindən ödənişinin 50 faizinin verilməsini tələb edirlər.

Qalan məbləğ isə Vidalın Çempionlar Liqasında 1/8 və 1/4 finallarda meydanda olmasına görə ödənilməli olan bonuslar ilə əlaqədardır.

Qeyd edək ki, A.Vidal ötən ildən "Barselona"da oynayır.

Xəbər lenti