Xəzər Xəbər

Ançelotti "Napoli"nin futbolçusunu istəyir

İdman | 10:52 • 29 Dekabr 2019
Ançelotti "Napoli"nin futbolçusunu istəyir

"Everton"un baş məşqçisi Karlo Ançelotti qış transfer pəncərəsində komandasının heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

60 yaşlı mütəxəssis sabiq komandası "Napoli"nin oyunçusu Lorenzo İnsinyenin transferini planlaşdırır. 28 yaşlı hücumçu özü də Premyer Liqa təmsilçisinə keçməyə hazırdır. Ancaq "Napoli" rəhbərliyi futbolçunu buraxmaq istəmir.

Qeyd edək ki, L. İnsinye 2012-ci ildən İtaliya təmsilçisinin formasını geyinir.

Xəbər lenti