Xəzər Xəbər

Draksler Bundesliqaya qayıdır

İdman | 14:58 • 28 Dekabr 2019
Draksler Bundesliqaya qayıdır

PSJ-nin futbolçusu Yulian Draksler Almaniyaya dönə bilər.

"Le Parisien" xəbər verir ki, Berlin təmsilçisinin baş məşqçisi Yürgen Klinsmann Paris klubunda az oynayan 26 yaşlı futbolçunu sərəncamında görmək istəyir.

Almaniya millisinin heyətində Avropa çempionatında iştirak etmək istəyən futbolçu daim oynayacağı kluba getmək istəyir. Bundan əlavə, almaniyalı yarımmüdafiəçinin komandanın baş məşqçisi Tomas Tuxellə yaxşı münasibətinin olmadığı bildirilir.

PSJ ilə 2021-ci ilə qədər müqaviləsi olan Draksler yenidən Bundesliqada oynamaq istəyir. Yaxın günlərdə "Herta"nın təklif yollayacağı gözlənilir.

Xəbər lenti