Xəzər Xəbər

Ronaldo məşqçi olmaq planlarından danışdı

İdman | 12:47 • 27 Dekabr 2019
Ronaldo məşqçi olmaq planlarından danışdı

"Yuventus”un portuqaliyalı futbolçusu Kriştiano Ronaldo karyerasını başa vurduqdan sonra məşqçi olmaq niyyətində deyil.

Bu barədə hücumçu özü mətbuata açıqlamasında bildirib. Bununla belə idmançı istisna halın ola biləcəyini deyib.

"Futbol üçün darıxsam bəlkə məşqçi olmağı düşünərəm. Məşqçi olsam, motivator olacağam. Lakin indi belə planlarım yoxdur” - deyə o bildirib.

Ronaldo həmçinin hazırda dünyanın ən yaxşısı olduğunu irəli sürüb.

Xəbər lenti