Xəzər Xəbər

İngiltərə Premyer Liqası: "Çelsi" öz meydanında "Sautqempton"a uduzub

İdman | 11:51 • 27 Dekabr 2019
İngiltərə Premyer Liqası: "Çelsi" öz meydanında "Sautqempton"a uduzub

"Çelsi" İngiltərə Premyer Liqasının 19-cu turunda "Sautqempton"u qəbul edib.

Görüş Londonun "Stemford Bric" stadionunda baş tutub və qonaqların2:0hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 31-ci dəqiqədə açılıb. "Sautqempton"un hücumçusu Maykl Obafemi ilk qolun müəllifi olub. İkinci hissənin ortalarında yarımmüdafiəçi Neytan Redmond komandasının üstünlüyünü artırıb.

Hazırda "Çelsi" İngiltərə çempionatının yarış cədvəlində 4-cü yer tutur. Komandanın aktivində 32 xal var. "Sautqempton isə 21xalla14-cü yerdə qərarlaşıb.

"Sautqempton" dekabrın 28-də öz meydanında "Kristal Pelas"la oynayacaq, "Çelsi" isə növbəti gün "Arsenal"lı sınağa çəkəcək. / Report

Xəbər lenti