Xəzər Xəbər

"Çelsi" Sanço transferini təxirə saldı

İdman | 17:54 • 26 Dekabr 2019
"Çelsi" Sanço transferini təxirə saldı

Transfer cəzası aradan qalxan "Çelsi" 3 futbolçunu transfer etmək istəyir.

London təmsilçisi "Borussiya"nın vingeri Ceydon Sançonun transferini həll edə bilmir. Dortmund təmsilçisi ingilis futbolçu üçün 110 milyon avro təzminat istəsə də, "zadəganlar" məbləği aşağı salmaq istəyir. Almaniya tərəfi endirimə getməyəcəyini bildirib.

Buna görə də, "Çelsi" Sançonuun transferini təxirə salıb. Londonlular "Kristal Pelas"dan Uilfried Zaha və "Leyptsiq"dən Timo Vernerlə danışıqlar aparır.

Xəbər lenti