Xəzər Xəbər

"İnter" "Barselona"ya 12 milyon avro təklif etdi

İdman | 17:47 • 26 Dekabr 2019
"İnter" "Barselona"ya 12 milyon avro təklif etdi

"Barselona” yarımüdafiəçisi Arturo Vidal "İnter”ə tranfer oluna bilər.

 

"La Gazzetta dello Sport” xəbər verir ki, Milan təmsilçisi çilili futbolçuya görə katalonlara 12 milyon avroluq təklif göndərib.

 

"Barselona" isə 32 yaşlı futbolçunu 20 milyon avroya satmaq niyyətindədir. Tərəflərin transferi müzakirə etdiyi bildirilir.

 

Bu mövsüm 19 oyuna çıxan Vidal 5 qol vurub.

Xəbər lenti