Xəzər Xəbər

"Barselona"nın əsas hədəfi: Neymar

İdman | 17:41 • 26 Dekabr 2019
"Barselona"nın əsas hədəfi:

"Barselona"nın gələn yay əsas transfer hədəfi PSJ-nin hücumçusu Neymar olacaq.

Braziliyalı futbolçu da sabiq klubuna qayıtmaqda maraqlıdır. Kataloniya təmsilçisi 222 milyon avro transfer qiyməti olan futbolçunu almaq üçün bəzi oyunçularını satacaq. Paris təmsilçisinin komandadan ayrılmaq istəyən 27 yaşlı oyunçunun gedişinə icazə verəcəyi gözlənilir.

Neymar 2013-2017-ci illərdə "Barselona"da 186 oyuna 105 qol vurub. Parislilər ulduz futbolçunu 222 milyon avroya transfer etmişdi.

Xəbər lenti