Xəzər Xəbər

Robert Levandovski 2019-cu ilin ən məhsuldar futbolçusu olub

İdman | 15:11 • 26 Dekabr 2019
Robert Levandovski 2019-cu ilin ən məhsuldar futbolçusu olub

Polşa milli komandasının və Almaniyanın "Bavariya” klubunun hücumçusu Robert Levandovski 2019-cu ilin ən məhsuldar futbolçusu olub.


Xezerxeber.az xəbər verir ki, 31 yaşlı hücumçu cari ildə milli və klubda ümumilikdə 59 matçda 54 qol vurub. Siyahının ikinci pilləsində Argentina yığmasının və İspaniyanın "Barselona” komandasının hücumçusu Lionel Messi qərarlaşıb. Argentinalı hücumçu 2019-cu il ərzində 58 matçda 50 qolla yadda qalıb. Fransa millisinin və "Paris Sen Jermen”in hücumçusu Kilian Mbappe isə 49 görüşdə 44 qolla üçüncü olub.


Qeyd edək ki, R.Levandovski 2014-cü ildə "Borussiya Dortmund”dan "Bavariya” klubuna keçib. Polşalı hücumçu Münhen təmsilçisinin heyətində 5 dəfə Almaniya çempionu olub.

Xəbər lenti