Xəzər Xəbər

Gürcüstan millisinin yarımmüdafiəçisi ölkədə ilin ən bahalı futbolçusu seçilib

İdman | 09:49 • 26 Dekabr 2019
Gürcüstan millisinin yarımmüdafiəçisi ölkədə ilin ən bahalı futbolçusu seçilib

Gürcüstan milli komandasının və Belçikanın "Qent” klubunun 20 yaşlı yarımmüdafiəçisi Georqi Çakvetadze ölkənin ən bahalı futbolçusu adına layiq görülüb.


Bu barədə Almaniyanın nüfuzlu "Transfermarkt” agentliyi məlumat yayıb.


Bildirilir ki, Çakvetadze 2017-ci ilin yay mövsümündən "Qent” klubunun şərəfini qoruyur. Bu müddət ərzində klubun forması ilə 50-dən çox oyuna çıxan yarımmüdafiəçi 7 qol vurub, 11 məhsuldar ötürmə edib. G.Çakvetadzenin transfer qiyməti 9 milyon avro məbləğində qiymətləndirilir.


Bundan əvvəl isə ən bahalı gürcü futbolçu Moskvanın "Lokomotiv” klubunun üzvü Saba Kvirkveli olub. İlkin transfer qiyməti 10 milyon avro qiymətləndirilən Kvirkveli üçün nəzərdə tutulmuş məbləğ hazırda 8 milyon avro təşkil edir.


Gürcüstanın ən bahalı futbolçuları siyahısında üçüncü yerdə Donetskin "Şaxtyor” komandasının oyunçusu David Xoçolava (5 milyon avro), dördüncü yerdə Tulanın "Arsenal” klubunun üzvü Qiya Qriqalava (2,5 milyon avro), beşinci yerdə isə "Qenta”də çıxış edən digər gürcü Qeorqi Kvilitaya yer alıblar.

Xəbər lenti